Su basmış şaxtada qalan mədənçi ata oldu - FOTO

16:36 | 29.10.2014
Su basmış şaxtada qalan mədənçi ata oldu - FOTO

Su basmış şaxtada qalan mədənçi ata oldu - FOTO

Türkiyənin Karaman əyalətinin, Ermenek şəhəri yaxınlığında yerləşən kömür mədənində köməksiz vəziyyətdə qalan mədənçilərdən birinin oğlu dünyaya gəlib.ANN.Az türk mediasına istinadən xəbər verir ki, 28 yaşlı Hüseyn Gültekin hamilə həyat yoldaşı Ayşe Gültek bu axşam şəhər xəstəxanasına aparılıb.

Hüseynlə bərabər qızının həyat yoldaşı Tezcan Gökcənin də şaxtada qaldığını deyən ata Həsən Gültek nəvəsinin doğulmasına sevinəmək imkanı olmadığını dilə gətirib. O, hadisə baş verən andan indiyə kimi mədənin qarşısında dayanıb ümidlə oğlunun və qızının həyat yoldaşının, eləcə də digər fəhlələrin sağ-salamat oradan çıxması üçün dua etdiyini deyib: "Hüseyn bir il əvvəl ailə qurmuşdu. Övladının olacağını ilk eçidəndə sevinci yerə-göyə sığmırdı. İlk övladını qucağına almağın sevincini yaşamaq üçün günləri sayırdı. Amma bu qəza səbəbindən heç biz də nəvəmizin dünyaya gəlişinə sevinə bilmədik".

Ötən gün Karaman əyaləti, Ermenek şəhəri yaxınlığında yerləşən kömür mədənində uçqun baş verib. Qəza nəticəsində su borusu zədələnib, nəticədə  şaxtanın 50 m hissəsi su altında qalıb. Hadisə zamanı şaxtada 40-dək fəhlə olub, onların əksəriyyəti xilas oluna bilib.

Qəza nəticəsində su altında qalmış şaxtada 18 fəhlə var, onların taleyi barədə heç bir məlumat yoxdur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb