Hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.
Hazırda müalicəsi davam etdirilir.
///Unikal.org
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !