• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bu çimərliklərlə bağlı xəbərdarlıq edib

Nazirlik bu çimərliklərlə bağlı xəbərdarlıq edib
22.06.2026 13:10

Bakı, Lənkəran və Xaçmaz rayonlarında yerləşən bir sıra çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərinin normativ tələblərə uyğun olmaması səbəbindən çimmək müvəqqəti olaraq qadağan edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, laborator müayinələr zamanı bəzi ərazilərdən götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən olunub.

Monitorinqlər nəticəsində Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə normativdən kənar göstəricilər aşkarlanıb.

Məlumatda qeyd olunur ki, dəniz suyunun keyfiyyətinin pisləşməsi sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində baş verib.

Mövcud vəziyyət nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin çimərliklərdə, eləcə də ərazilərdə fəaliyyət göstərən qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Qərarın icrası ilə bağlı Bakı Şəhər, Lənkəran Şəhər və Xaçmaz Rayon İcra hakimiyyətləri, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları məlumatlandırılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol