• $
  • £

Qrafiklə su verilən rayonların siyahısı açıqlanıb

Qrafiklə su verilən rayonların siyahısı açıqlanıb
22.06.2026 17:23

Bakıda su anbarlarına qəbul edilən suyun həcminin və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması məqsədilə aparılan texniki işlərlə əlaqədar bir sıra ərazilərdə suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, görülən işlər nəticəsində müxtəlif rayonlarda su təchizatının saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir və mütəxəssislərin hesablamalarına görə, növbəti iki gün ərzində su təchizatının tam stabilləşdirilməsi və normal rejimin bərpası mümkün olacaq.

Hazırda tətbiq olunan müvəqqəti qrafikə əsasən:

  • Xətai və Nizami rayonlarının bəzi ərazilərində su 06:00-10:00 və 18:00-22:00 saatlarında verilir;
  • Suraxanı rayonunun müxtəlif hissələrində su təchizatı 06:00-17:00, 06:00-19:00 və 22:00-01:00 saatları arasında həyata keçirilir;
  •  
  • Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərində su 06:00-20:00 saatlarınadək verilir;
  •  
  • Yasamal rayonunda fərqli ərazilər üzrə 06:00-10:00, 06:00-22:00 və 18:00-22:00 qrafikləri tətbiq olunur;
  •  
  • Sabunçu rayonunun bəzi hissələrində su 08:00-12:00 və 22:00-02:00 saatlarında verilir;
  •  
  • Xəzər rayonunun bəzi ərazilərində su təchizatı 00:00-12:00 saatları arasında təmin edilir;
  •  
  • Pirallahı rayonunun bəzi yaşayış məntəqələrində su 08:00-17:00 saatlarında verilir;
  •  
  • Nəsimi rayonunun bəzi ərazilərində isə su 06:00-10:00 və 18:00-21:00 saatlarında verilir.

Qurum qeyd edib ki, bəzi ünvanlarda, xüsusilə yuxarı mərtəbələrdə yaşayan abonentlərin su ilə təminatında daha ciddi çətinliklər müşahidə olunur. Belə ərazilərdə sukanal idarələri tərəfindən su maşınları vasitəsilə xidmət göstərilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib və işlərin fasiləsiz şəkildə davam etdirildiyini bildirib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
Cəmiyyət 10:37
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
DİM: Kolleclərin qabiliyyət imtahanlarında abituriyentlərin sayı 39 faiz artıb
Cəmiyyət 10:05
DİM: Kolleclərin qabiliyyət imtahanlarında abituriyentlərin sayı 39 faiz artıb
Bakının bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:57
Bakının bu ərazilərində işıq olmayacaq
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
Cəmiyyət 23:25
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi
Cəmiyyət 22:26
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi
Bakıda məscid yanır
Cəmiyyət 22:03
Bakıda məscid yanır
Bakıda ticarət mərkəzində faciə - Ölən var
Cəmiyyət 20:47
Bakıda ticarət mərkəzində faciə - Ölən var
Mingəçevirdə yeniyetmə kanalda batıb
Cəmiyyət 20:04
Mingəçevirdə yeniyetmə kanalda batıb
Bu marşrutun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 18:11
Bu marşrutun hərəkət sxemi dəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol