Şumaxerin ailəsi: "O, təslim olmayacaq"

10:35 | 03.01.2014
Şumaxerin ailəsi: "O, təslim olmayacaq"

Şumaxerin ailəsi: "O, təslim olmayacaq"

Ailəsi yeddiqat dünya çempionunun tezliklə ayağa qalxacağına əmindir

İdman  Kəllə-beyn zədəsindən xəstəxanaya yerləşdirilən məşhur "Formula - 1" pilotu Mixail Şumaxerin ailəsi idmançının pərəstişkarlıarına dəstəyə görə təşəkkür edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, ailəsi yeddiqat dünya çempionunun təslim olmayacağına və tezliklə ayağa qalxacağına əmin olduqlarını bildiriblər. 

Yanvarın 3-ü M. Şumaxerin 45 yaşı tamam olur. Yaxınları bu günü onunla bərabər palatada keçirmək niyyətindədirlər.

Xatırladaq ki, alman pilot bazar günü Alp dağlarında, Meribel xizək mərkəzində xizək sürərkən yıxılıb və ağır kəllə-beyin travması alıb.

Həkimlər onun vəziyyətinin yaxşıya doğru dəyişdiyini, lakin həyatı üçün təhlükənin hələ də qaldığını bildirirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM