Suriyada dəyişikliklər baş verib və bununla əlaqədar Türkiyə ilə Suriya yeni hökuməti arasındakı münasibətlər Azərbaycanı çox sevindirir. Çünki Suriya Türkiyə ilə sərhəd olan bir ölkədir və hər bir ölkə sərhədlərində sabit vəziyyət görmək istəyir. Bunu Azərbaycan Respublikasının preizdenti İlham Əliyev bildirib.
Prezident vurğulayıb ki, Türkiyənin digər sərhədlərində də terrorizmə yer olmamalıdır.
"Biz Türkiyənin müttəfiqi olaraq hər zaman onların yanındayıq və Türkiyə tərəfi bunu bilir," – dövlət başçısı əlavə edib.
Eyni zamanda, Azərbaycan Prezidenti qeyd edib ki, "bizim İsrail-Fələstin məsələsinə dair mövqeyimiz də dəyişməz olaraq qalır."
Onun sözlərinə görə, müstəqil Fələstin dövlətinin yaradılması bu münaqişənin həlli üçün yeganə şərtdir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !