Suriyalı miqrant: Avropada qaçqınlar arasında terrorçular var

11:00 | 29.08.2017
Suriyalı miqrant: Avropada qaçqınlar arasında terrorçular var

Suriyalı miqrant: Avropada qaçqınlar arasında terrorçular var

İŞİD terrorçularını əsirliyindən qaçan suriyalı jurnalist Avropaya üz tutan miqrantlar arasında qruplaşmanın yaraqlılarının da olduğunu bildirib.

anews.az The Local nəşrinə istinadən xəbər verir ki, müvafiq bəyanatı Məsud Akil yeni "Bizim aramızda: Suriyada işgəncələrdən necə yaxa qurtardım, lakin onlar məni burada tapdılar” adlı kitabında edib. 

24 yaşlı jurnalist kitabda yarım il ərzində terrorçuların əsirliyində yaşamasından və orada ona verilən işgəncələrdən yazıb. Məsud bir neçə ekstremist əvəzinə azadlığa buraxılıb və Almaniyada sığınacaq alıb. 

O iddia edir ki, ölkəyə miqrant adı altında xeyli sayda terrorçu gəlib.

"Onlar çox ağılsız insanlarıdır”, - jurnalist etiraf edib. 

Məsud Almaniya hüquq-mühafizə orqanlarına miqrantların sənədlərini daha dəqiq yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, qaçqınlar çox vaxt sənədlərini itirdiklərini deyirlər, lakin bu, əksər hallarda onların cinayətkar olmasının göstəricisidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti