Suriyalılar İŞİD-dən azad edilən Cerablusa qayıdır

12:13 | 01.09.2016
Suriyalılar İŞİD-dən azad edilən Cerablusa qayıdır

Suriyalılar İŞİD-dən azad edilən Cerablusa qayıdır

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflər tərəfindən terrorçu İŞİD qruplaşmasından azad edilən Suriyanın Cerablus rayonunun qaçqın düşmüş sakinləri dəstə-dəstə geri qayıdır.

"Report" Haber7-yə istinadən xəbər verir ki, Cerablusun və ətrafının terrorçulardan təmizlənməsi nəticəsində bölgədə həyat öz axarına düşməyə başlayıb.

Sakinlər terror qruplaşmasının qadağan etdiyi telefon, televiziya və çanaq antenləri kimi informasiya texnologiyası avadanlıqlarından yenidən istifadə edir.

Havanın 47 dərəcə isti olmasına baxmayaraq, 3 il əvvəl Türkiyəyə sığınan suriyalıların Karkamış Gömrük Keçid (Türkiyənin Qaziantəp əyalətində) Məntəqəsinə doğru hərəkət etdiyi haqda xəbər də yayılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti