Syomin “Qəbələ”ni bu kluba dəyişdi

19:34 | 27.05.2014
Syomin “Qəbələ”ni bu kluba dəyişdi

Syomin “Qəbələ”ni bu kluba dəyişdi

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yeni klubu müəyyənləşib. Qol.az “Sport-eskpress” qəzetinə istinadən 67 yaşlı mütəxəssis yeni mövsümdən Rusiya Premyer Liqasında yarışacaq “Mordoviya”ya rəhbərlik edəcəyini yazıb

Syomin qəzetin müxbiri ilə söhbətində Saransk şəhərini təmsil edən klubun prezidenti Sergey Siuşovla görüşdüyünü və razılığa gəldiklərini təsdiqləyib.

“Yaxın vaxtlarda “Mordoviya”nın baş məşqçisi olacağam. Bununla bağlı məsələyə bu gün nöqtə qoyulacaq” – deyə o bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb