Tacikistanın dövlət başçısı ömürlük prezident ola bilər

23:00 | 13.01.2016
Tacikistanın dövlət başçısı ömürlük prezident ola bilər

Tacikistanın dövlət başçısı ömürlük prezident ola bilər

Tacikistan parlamentinin aşağı palatası ölkədə yeni konstitusiya dəyişikliyi təklif edir.
 
Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, təklifin məğzi hazırki ölkə başçısı İmaməli Rəhmanın ömürlük prezident elan edilməsini nəzərdə tutur.  

Bundan başqa, deputatlar prezidentliyə namizəd olanların yaş həddini 35-dən 30-a enidrməyi də təklif edirlər. Ölkədə dini təmayüllü siyasi partiyaların qeydiyyatının qadağan olunması da dəyişikliklər arasındadır.  

Tacikistanın konstitusiyası 1994-cü il noybrın 6-da qəbul olunmuşdu. 2003-cü ildə əsas qanuna edilən dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı.

Bunun sayəsində ölkənin 20 illik əvəzsiz prezidenti İmaməli Rəhman 2020-ci ilə qədər prezident kürsüsünü əlində saxlamaq imkanı əldə etdi.     

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb