Tariyel Qasımovun 75 illiyi qeyd ediləcək

00:01 | 31.01.2014
Tariyel Qasımovun 75 illiyi qeyd ediləcək

Tariyel Qasımovun 75 illiyi qeyd ediləcək

Aprel ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə təntənəli tədbir keçiriləcək. Teatrdan APA-ya verilən xəbərə görə, yubiley tədbirində xalq artistinin keçdiyi həyat yolu haqqında məlumat veriləcək, səhnədə yaratdığı obrazlar haqqında söhbət açılacaq. T. Qasımov 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olan olub. 1964-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, İrəvan Azərbaycan Dövlət Dram Teatrı, Qazax, Dərbənd və Ağdam Dövlət Dram Teatrında da tamaşalara səhnə həlli verib. 1979-cu ildən Azərbaycanın əməkdar, 1991-ci ildən xalq artistidir.    ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb