Tehranda baş verən terror hadisəsi ilə bağlı ciddi tədbir görülmür - ƏLİYEV

14:14 | 01.02.2023
Tehranda baş verən terror hadisəsi ilə bağlı ciddi tədbir görülmür - ƏLİYEV

Tehranda baş verən terror hadisəsi ilə bağlı ciddi tədbir görülmür - ƏLİYEV

Tehranda baş verən terror hadisəsindən uzun zaman keçməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hər ciddi tədbir görməyib. Bunu prezident İlham Əliyev fevralın 1-də 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən danışıb.

"Həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib", - Əliyev bildirib.
 
Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.
 
Yanvarın 27-də Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, İrandakı Azərbaycan səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həyatını itirib, iki nəfər isə yaralanıb. 
 
Hadisəni törədən İran vətəndaşı Yasin Hüseynov saxlanılıb. Baş verən hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. Təbrizdəki Baş Konssulluq isə fəaliyyətini davam etdirmək barədə qərar qəbul olunub.
 
Xarici İşlər Nazirliyi yanvarın 31-də açıqlama yayaraq Azərbaycan vətəndaşlarına müraciət edərək bildirib ki, zərurət yaranmadığı halda İrana səfər etməsinlər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb