Təhsil 6 ildə bu səviyyəyə düşüb - Statistika

20:31 | 16.02.2015
Təhsil 6 ildə bu səviyyəyə düşüb - Statistika

Təhsil 6 ildə bu səviyyəyə düşüb - Statistika

2014-cü ildə ali təhslin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı ölkə üzrə orta hesabla  67 faizə çatıb. Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Rövşən Ağayev çıxış edib. 

Ekpertin sözlərinə görə, 2008-ci ildən bu yana universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb: "2014-cü ildə ali təhslin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı ölkə üzrə orta hesabla 67%-ə çatıb. 2008-ci ildə isə bu göstərici 59% olub. Hətta ayrı-ayrı rayonlar üzrə bu göstərici daha yüksəkdir. Məsələn, ali məktəblərə qəbul olanların Qubada 77%-i , Şamaxıda 76%-i, Xızıda 79%-i, Daşkəsəndə 83%-i ödənişli ixtisaslara daxil olublar. 2008-ci ili müqayisə bazası kimi seçməyimin səbəbi var. 2003-2008-ci illərdə ayrı-ayrı universitetlərə qəbul üzrə abituryentlərin orta balı artan templə gedib və 2008-də ən yüksək səviyyə çatıb. 2008-2014-cü illərdə isə universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb”.
 
Ekspert sözlərinə görə, 2014-cü ildə universitetlərə qəbulda son illərin ən aşağı göstəricisi qeydə alınıb: "Qəbul üzrə orta bal Bakı Dövlət Universitetində 2008-ci ildə 488.4, 2014-cü ildə 426.8 olub.
 
İqtisad Universitetində 2008-də 449.4, 2014-də 390.6 olub.
Slavyan Universitetində 2008-də 455.7, 2014-də 350.9 olub.
Sumqayıt Dövlət Universitetində 2008-də 391.4, 2014-də 275.9 olub.
Gəncə Dövlət Universitetində 2008-də 407.9, 2014-də 322.8 olub”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM