Təhsil Naziri: Həftədə 3 saat dərs deyən müəllimin təhsilə nə faydası ola bilər

17:25 | 17.01.2015
Təhsil Naziri: Həftədə 3 saat dərs deyən müəllimin təhsilə nə faydası ola bilər

Təhsil Naziri: Həftədə 3 saat dərs deyən müəllimin təhsilə nə faydası ola bilər

Əgər bu şəxs müəllimdirsə, sinifə daxil olursa bu müəllimin 6 saatdan az dərs deməsindən söhbət belə gedə bilməz.
 
ANN.Az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında qeyd edib. 
 
Nazir bildirib ki, "Həftədə 3 saat dərs deyən müəllimin təhsil sisteminə keyfiyyət nöqteyi nəzərdən ən azı sual doğurur. Təhsil Nazirliyi bildirir ki, müəllimlərin 6 saatdan aşağı dərs keçməsi prosesi heç müzakirəyə belə səbəb ola bilməz. Əgər bu şəxs müəllimdirsə, sinifə daxil olursa bu müəllimin 6 saatdan az dərs deməsindən söhbət belə gedə bilməz".  
 
Mikayıl Cabbarov bölgələrdə keçirələcək müəllimlərin sınaq qiymətləndirməsindən danışarkən qeyd etdi ki, "Sınaq qiymətləndirmənin müxtəlif bölgələrdə keçirilməsi üçün hazırlıq işləri keçirilir. Bütün ölkədə bunu keçirmək qeyri mümkündür. Praktik nöqteyi nəzərdən sınaq qiymətləndirmənin fiziki olaraq keçirilməsi yalnız yay aylarında mümkündür. Çünki bu tədris prosesi olmayan bir dövrdə olmalıdır. ona görə bu işlər müvafiq şəkildə təşkil olunub həyata keçiriləcək". 
 

Orxan Aslanlı 
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM