“Tələbə Təcrübə Proqramı”nın təqdimatı keçirilib

19:01 | 15.11.2013
“Tələbə Təcrübə Proqramı”nın təqdimatı keçirilib

“Tələbə Təcrübə Proqramı”nın təqdimatı keçirilib

Bakıda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı “Tələbə Təcrübə Proqramı”nın təqdimatı keçirilib.

ANN.Az xəbər verir ki, tədbirdə ATGTİ-nin sədri Şahin İsmayılov açılış nitqi ilə çıxış edib.

ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramının gənclər üçün əhəmiyyətindən bəhs edən Ş.İsmayılov, gələcəkdə təcrübə proqramı çərçivəsində daha yeni layihələrin həyata keçiriləcəyini bildirib.

Daha sonra ATGTİ Tələbə Təcrübə Proqramının rəhbəri Cavad Mustafazadə proqramın təqdimatı ilə çıxış edərək qeyd edib ki, indiyə qədər keçirilən təcrübə proqramlarında 60-dan çox tələbə iştirak edib.

Qeyd edək ki,  ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramı hazırda dövlət və özəl şirkətlər ilə əməkdaşlıq edərək, tələbələrin bir çox müəssisələrdə təcrübə keçməsini təmin edir.

Proqram çərçivəsində “Atəşgah” Sığorta, “Bakıelektrikşəbəkə” ASC, Bank Respublika, “Ömür” Klinikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC ilə birgə təcrübə proqramları həyata keçirilib.

Qeyd edək ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “Təmiz Şəhər” ASC və “Sağlam Ailə” tibb mərkəzindən nümayəndələr, eləcə də 70-ə yaxın özəl və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb