Tələbələrin köçürülməsi prosesi yekunlaşıb

15:51 | 23.09.2024
Tələbələrin köçürülməsi prosesi yekunlaşıb

Tələbələrin köçürülməsi prosesi yekunlaşıb

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Sənəd qəbulu "portal.edu.az” vasitəsilə iyulun 25-dən avqustun 1-dək aparılıb. Elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür