Telefonunuz suya düşərsə nə etməlisiniz? - 5 qayda

22:30 | 25.09.2014
Telefonunuz suya düşərsə nə etməlisiniz? - 5 qayda

Telefonunuz suya düşərsə nə etməlisiniz? - 5 qayda

Telefonunuz suya düşübsə, yüzlərlə manat ödəyərək aldığınız cihazınızdan dərhal ümidinizi kəsməyin! 

Aşağıdakı təlimatları tətbiq edərək telefonunuzu qurtarmaq mümkün ola bilər: 

1.Telefonu dərhal söndürün 

Suya düşən telefonu çıxardıqdan dərhal sonra söndürmək lazımdır. Bu vaxt hər saniyə önəmlidir. 

2. Hissələrini ayırın 

Telefon içindəki SD kart, SİM kartı və batareyanı çıxarın. Telefonun hissələrini ayırdıqdan sonra onları havada qurudun. 

3.Üzərinizdəki mayeni silin 

Telefonun üzərindəki mayeni silin. Qulaqlıq, enerji və kart boşluqlarından suyu çıxarmağa çalışın. Əgər suyu çəkəcək alət yoxdursa, ağzınızdan istifadə edərək suyu çıxarın. 

4.Qurumaq üçün havada saxlayın 

Telefonu bir qab düyünün içində 48 saat saxlayın. Müxtəlif quruducu vasitələrdən istifadə etməyin. 

5.Telefonu yandırın 

Telefonu qabdan çıxarın. Xaricində nəm varsa silin. İçində su qalıbsa təkrar qaba qoyun və daha bir gün gözləyin. Cihaz tamamilə quruduqdan sonra yandırın. Şansınız varsa telefonunuz işləyəcəkdir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb