Ötən il dünyada 110 mln insan öz evlərini tərk edib - BMT

15:24 | 20.06.2024
Ötən il dünyada 110 mln insan öz evlərini tərk edib - BMT

Ötən il dünyada 110 mln insan öz evlərini tərk edib - BMT

2023-cü il iyunun sonunda təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ictimai asayişi pozan hadisələr səbəbindən dünya üzrə 110 milyon insan öz evlərini tərk edib. Bu barədə məlumat BMT-nin xəbərində qeyd olunub.

Evlərini tərk edən 62,1 milyon insan məcburi köçkün, 6,08 milyon insan isə sığınacaq axtaran olub.

1990-cı illərdə orta hesabla hər il 1,5 milyon qaçqın evlərinə qayıda bilib. Son on ildə bu rəqəm təxminən 385,000-ə düşüb.

2023-cü ilin ortalarına olan məlumata görə, qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərin ilk beş ölkəsi Suriya (6,5 milyon), ikinci yerdə Əfqanıstan (6,1 milyon), Ukrayna (6 milyon), Venesuela (5,6 milyon) və Cənubi Sudandır (2,2 milyon).

2022-ci ildə qaçqın və sığınacaq axtaranların 84%-i iqlim dəyişikliyinə çox həssas olan ölkələrdən qaçıblar, halbuki 2010-cu ildə bu rəqəm cəmi 61% idi. 

Bundan əlavə, məcburi köçkünlərin və vətəndaşlığı olmayan insanların bir qismi hazırda dünyada iqlimə ən həssas mühitlərdə yaşayır.
 
BMT Baş Assambleyasının 4 dekabr 2000-ci il qərarına əsasən, hər il 20 iyun Ümumdünya Qaçqınlar Günü  kimi qeyd olunur.
 
Aygün Mirakif

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb