Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

09:46 | 30.11.2020
Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Anews.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

"Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.

Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar", - ATU-dan bildirilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb