“Tofiq Bəhramov” stadionunda növbəti problem

18:02 | 18.09.2014
“Tofiq Bəhramov” stadionunda növbəti problem

“Tofiq Bəhramov” stadionunda növbəti problem

Avropa Liqasının “Qarabağ” – “Sent-Etyen” oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun meydançasında növbəti  problem yaranıb.

Qol.Az-ın yaydığı xəbərə görə, Hollandiyadan gətirilən qazonun problem olmasa da, meydançanın or örtüyünün meydançanın müəyyən hissəsinə səliqə ilə döşənmədiyi ortaya çıxıb. Bu isə normal standartlara uyğun gəlmir.

Rekord.az saytındakı həmkarlarımızın çəkdikləri şəkilllərdən də göründüyü kimi, cərimə meydançası yaxınlığındakı bu problem oyun zamanı futbolçuların normal hərəkətinə, istədiyi oyunu sərgiləməsinə problem yarada bilər.

Ümid edək ki, Tofiq Bəhramov adına stadionunun rəbbərliyi matçın başlamasına qədər problemi aradan qaldıracaq.

Xatırladaq ki, mərkəzi arenanın meydançası bərbad hala düşdüyü üçün Gənclər və İdman Nazirliyi AFFA ilə birgə stadiona yeni qazon gətirdib. Yeni ot örtüyünün "Real" və "Barselona"nın stadionlarında olan qazonlarla eyni olduğu bildirilib. Ot örtüyü bir neçə gün əvvəl salınmağa başlayıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb