​Tofiq Yaqublu müvəqqəti azadlığa buraxıldı

16:10 | 24.04.2015
​Tofiq Yaqublu müvəqqəti azadlığa buraxıldı

​Tofiq Yaqublu müvəqqəti azadlığa buraxıldı

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun dəfnində iştirak etmək üçün yeddi gün müddətinə azadlığa buraxılıb.

Bu barədə "Report"a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

Xatırladaq ki, T.Yaqublunun qızı N.Yaqublu Rusiyanın Tomsk şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Onun cənazəsi Bakıya bu gecə gətiriləcək
Qeyd edək ki, T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM