Tokayev Rusiyaya səfər edəcək

15:31 | 04.05.2024
Tokayev Rusiyaya səfər edəcək

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır.Bu barədə TASS-a Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev məlumat verib.

"Prezidentimiz mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır”, - o qeyd edib.

Diplomat bildirib ki, Qazaxıstan 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.

"Müvafiq olaraq, bu formatlar çərçivəsində liderlərimiz arasında da görüşlər olacaq”, - Abayev əlavə edib.

Mayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammiti keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM