TQDK rəsmisi qurumun ləğv olunması ehtimalını şərh etdi

13:03 | 11.02.2015
TQDK rəsmisi qurumun ləğv olunması ehtimalını şərh etdi

TQDK rəsmisi qurumun ləğv olunması ehtimalını şərh etdi


"Prezidentin səlahiyyətində olan bir məsələdir”.

Gələcəkdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi prezidentin səlahiyyətində olan bir məsələdir.

Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Oxu.Az-a qurumun Təhsil Nazirliyinin tabeliyinə verilmə ehtimalını şərh edərkən bildirib.

"Yaxın gələcəkdə nə baş verəcək, biz bu sualı şərh edə bilmərik,” - o deyib.

Qeyd edək ki, bu yaxınlarda prezidentin fərmanına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunaraq səlahiyyətləri digər dövlət qurumlarına verilib.

Bununla yanaşı, Azərbaycanda eyni sahədə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının birləşdiriləcəyi gözlənilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM