Tramp Klintonla fərqi 3%-ə endirib

17:28 | 06.08.2016
Tramp Klintonla fərqi 3%-ə endirib

Tramp Klintonla fərqi 3%-ə endirib

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton və respublikaçıların namizədi Donald Tramp arasında reytinq fərqi 3%-ə düşüb.

Reuters agentliyi tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 39 faizini toplaya bilər.

Avqustun 1-də agentliyin keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 9 faiz təşkil edirdi.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM