Tramp Klintonun səhhəti haqda danışmağı qadağan etdi

16:44 | 12.09.2016
Tramp Klintonun səhhəti haqda danışmağı qadağan etdi

Tramp Klintonun səhhəti haqda danışmağı qadağan etdi

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp Seçki Qərargahının üzvlərinə demokratların prezidentliyə namizədi Hillari Klintonun sağlıq durumunun pisləşməsi ilə bağlı hər hansı neqativ məzmunlu bəyanat vermələrini qadağan edib.

APA xəbər verir ki, D. Trampın köməkçiləri baş verən hadisəyə hörmətlə yanaşacaqlarına söz veriblər.

İndiyə qədər dəfələrlə H. Klintonun prezident olmasına fiziki imkanlarının yetərli olmadığını bəyan etmiş D. Tramp son hadisəyə sosial şəbəkədə belə münasibət bildirməyib.

Qeyd edək ki, ötən gün H. Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o, rəsmi mərasimi yarımçıq tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağciyər pnevmoniyası diaqnozu qoyublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb