Ohayo qubernatoru da mübarizəni dayandırıb.
Ohayo qubernatoru Con Keysik ABŞ prezidentliyi uğrunda mübarizəni dayandırdığını bildirib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Bununla da, milyarder Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə tək namizəd qalır.
Xatırladaq ki, bundan öncə prezident seçkiləri yarışında digər respublikaçı namizəd, Texas ştatından olan senator Ted Kruz İndiana ştatında praymeridə Trampa uduzduqdan sonra yarışdan çəkildiyini elan etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !