Tramp silah satışını asanlaşdırır

20:46 | 09.01.2018
Tramp silah satışını asanlaşdırır

Tramp silah satışını asanlaşdırır

Tramp administrasiyası Amerika silahlarının ixracını artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Reuter” agentliyi yayıb. Agentlik Trampın bununla ölkədə yeni iş yerləri açmağı planlaşdırdığını bildirib:

"Tramp fevralda silah ixracı qaydalarında dəyişiklik etmək niyyətindədir. Bu, Amerika silahlarının digər ölkələrə satış prosedurunu asanlaşdıracaq”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 90-cı illərdə qəbul edilən 907-ci düzəliş, eləcə də NATO-nun savaş aparan ölkələrə silah ixrac etməməsi olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM