Trampa qarşı növbəti sui-qəsd cəhdi olub - Yenilənib

01:14 | 16.09.2024
Trampa qarşı növbəti sui-qəsd cəhdi olub - Yenilənib

Trampa qarşı növbəti sui-qəsd cəhdi olub - Yenilənib

ABŞ-nin Məxfi Xidmətinin əməkdaşı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın yanında olan silahlı şəxsə atəş açıb.Bu barədə "The New York Post" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Məxfi Xidmətin əməkdaşı "Palm Beach” (Florida ştatı) qolf klubunda şübhəli kişini görüb və silaha bənzəyən əşyanı gördükdən sonra atəş açıb. Bundan sonra şübhəli şəxs yerli polis tərəfindən saxlanılıb.

ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu Florida ştatında, qolf klubunun yanında atəş açan silahlı şəxs sabiq dövlət başçısına hücum etməyi planlaşdırıb. Bu barədə isə CNN mənbələrə isitnadən bildirib.

"Rəsmilər silahlı şəxsin Trampa hücum etmək niyyətində olduğunu güman edirlər", - telekanal əlavə edib.

 ***

Donald Trampa qarşı növbəti sui-qəsd edilib.Bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.

Trampın vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM