Trampdan daha bir qıcıqlandırıcı qərar

09:27 | 26.02.2017
Trampdan daha bir qıcıqlandırıcı qərar

Trampdan daha bir qıcıqlandırıcı qərar

ABŞ prezidenti Donald Tramp Ağ ev yanında Müxbirlər Assosiasiyasının (WHCA) ənənəvi illik şam yeməyini buraxacağını bəyan edib.

ANNi.Az report.az-a istinadən bildirir ki,o, bu barədə öz "Twitter" mikrobloqunda yazıb, lakin onun iştirakçılarına xoş axşamlar arzu edib.

"Mən WHCA-nın bu il keçiriləcək şam yeməyində iştirak etməyəcəyəm", - deyə o yazıb.

WHCA-nın adətən ABŞ prezidenti də daxil olmaqla, jurnalistlər, məşhurlar və siyasətçilərin iştirak etdikləri illik şam yeməyinin aprelin 29-da Vaşinqtonda təşkil edilməsi planlaşdırılır.

Ağ Evin Müxbirlər Assosiasiyası 1914-cü ildə təsis edilmiş müstəqil jurnalistlər birliyidir.
Bundan əvvəl Assosiasiya ABŞ administrasiyasının mətbuat xidmətinin bir sıra KİV nümayəndələrinin qapalı brifinqə buraxılmamasına dair qərarını tənqid etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM