Türk dövlətlərinin təhsil nazirlərinin ikinci görüşü keçirildi

20:25 | 25.11.2013
Türk dövlətlərinin təhsil nazirlərinin ikinci görüşü keçirildi

Türk dövlətlərinin təhsil nazirlərinin ikinci görüşü keçirildi

Noyabrın 22-də Türkiyənin Eskişehir şəhərində Türk Dövlətlərinin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) təhsil nazirlərinin ikinci görüşü keçirilib. 

ANN.Az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov təmsil edib. Türk Şurasının Baş Katibi Xəlil Akıncının sədrliyi ilə keçirilmiş görüşdə, həmçinin Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin sədri Nurlan Ibırayım, Türkiyənın Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya iştirak ediblər.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyəti barədə məlumat verib. Nazir müavini ortaq tarix, dil, mədəni və dini irsin mövcudluğunun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələrinin qarşılıqlı maraq doğuran məsələlər və xüsusilə təhsil sahəsində əməkdaşlığına geniş imkanlar yaratdığını bildirib. C.Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Akademiyası və Türk Universitetlərarası İttifaqının yaradılmasının əhəmiyyətinə toxunub. C.Bayramov əlifba və terminologiya sahəsində əməkdaşlığın, təhsil sistemlərimizin Bolonya prosesi çərçivəsində uyğunlaşdırılmasının ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılmasında mühüm rol oynayacağını qeyd edib.

Görüş iştirakçıları Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsini rəhbər tutaraq, üzv ölkələrin milli qanunvericiliyinə uyğun icra olunması şərti ilə “Türk Universitetlərarası İttifaqının və Ali Təhsil Məkanının yaradılması üzrə Direktiv”in təsdiq edilməsi, müştərək hazırlanacaq ortaq tarix kitablarının orta məktəblərdə tədrisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü görüşünün Azərbaycanda keçirilməsi barədə qərara gəliblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb