Türkiyə İŞİD-ə zərbələr endirmək üçün ABŞ-a aviabaza verib

10:46 | 13.10.2014
Türkiyə İŞİD-ə zərbələr endirmək üçün ABŞ-a aviabaza verib

Türkiyə İŞİD-ə zərbələr endirmək üçün ABŞ-a aviabaza verib

Türkiyə "İslam Dövləti" yaraqlılarına zərbələr endirmək üçün “İncirlik” aviabazasını ABŞ-a verib. Trend xəbər verib ki, bu barədə bazar ertəsi ölkənin "Milliyyət" qəzeti xəbər yayıb.

Bundan əvvəl ABŞ "İslam Dövləti" yaraqlılarına zərbələr endirmək üçün Türkiyədən "İncirlik” aviabazasından istifadə üçün razılıq verməsini xahiş etmişdi.

“İncirlik” aviabazası 1951-ci ildə tikilib və 1955-ci ildən istifadə olunur.

ANN.Az

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM