Türkiyəli nazirin oğlu sərbəst buraxıldı

09:25 | 21.12.2013
Türkiyəli nazirin oğlu sərbəst buraxıldı

Türkiyəli nazirin oğlu sərbəst buraxıldı

Türkiyədə 17 dekabr əməliyyatı zamanı saxlanılan ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar sərbəst buraxılıb. APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, A.O.Bayraktarın oğlunun adı azadlığa buraxılan 14 nəfərin siyahısında yer alıb. A.O.Bayraktar jurnalistlərə qısa açıqlama da verib. Baş verənlərdə heç nəyi anlamadıqlarını deyən nazir oğlu bununla belə hər şeyə hazır olduqlarını vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti