• $
  • €
  • ₽
  • ₺
  • £

Tünzalə Ağayeva: Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir

Tünzalə Ağayeva: Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir
21.10.2019 19:19
"Çox sevincli və qürurluyam. Doğum günümdə belə bir hədiyyə almağım qürurvericidir."  
Bu sözləri xalq artisti adına layiq görülən müğənni Tünzalə Ağayeva deyib.
"Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki 43 yaşımda prezidentim və dövlətimdən mənim üçün çox böyük əhəmiyyət daşıyan, mənə şərəf verən, qürurlandıran hədiyyə aldım. Xalq artisti adı həm sevinclidir, həm də böyük məsuliyyətdir. Hər zaman mədəniyyətimizə faydalı olan sənət insanı olmağa çalışmışam. Sadəcə, öz maraqlarımı deyil, mədəniyyətimizi, milli-mənəvi maraqlarımızı, sənətdə deyə biləcəyim, yaşada biləcəyim hər şeyi qorumağa və təbliğ etməyə çalışmışam. Bu əqidəm də hər zaman belə qalacaq. Vətənimi və dövlətimi çox sevirəm. Prezidentimizin növbəti etimadını doğruldacağam.
 
2006-ci ildə Əməkdar artist adı aldığım günü yaşadığım sevinci xatırlayıram. Bu gün də eyni duyğuları yaşayıram. Prezident İlham Əliyevə minnətdaram. Allah həmişə dövlət başçımızı dövlətimizin başında və həyatımızda var eləsin. Bütün zəhmətləri min qat bərəkətlə özünü göstərsin”, - deyə Tünzalə Ağayeva bildirib.  
Tünzalə Ağayeva həmkarlarını da təbrik edib:
"Dəyərli həmkarlarımı da təbrik edirəm. Əzizim Röya və Miri Yusif də milyonlarla sevəni olan sənətçilərimizdir. Onlara uğurlar arzu edirəm. Hər zaman xoş xəbərlərini eşidək. Mədəniyyətimizdə keyfiyyətli, gözəl sənət insanlarının sayının çox olması bizim baş ucalığımızdır. Bir daha prezident İlham Əliyevə, valideynlərimə, qızıma, məni sevənlərə və dostlarıma, məni həyatda yaxşı layihələrə sövq edən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Prezident estrada ifaçılarına "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı "Xalq artisti” adına layiq görülüblər.

oxu.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox