Türkiyənin Azərbaycandakı səfirliyi meşə yanğınlarının söndürülməsi üçün göstərilən yardımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
"Qafqazinfo” xəbər verir ki, səfirliyin "Facebook” səhifəsində yazılan paylaşımda deyilir:
Kədər və sevincində hər zaman bir-birinin yanında olan ölkələrimizin qardaşlığını möhkəmləndirən bu dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Milli Məclis Komissiyalarının rəhbərlərinə, millət vəkillərinə, Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla bütün əlaqədar ictimai qurum və təşkilatlara, qeyri-hökumət təşkilatlarına və qardaş Azərbaycan xalqına xüsusi təşəkkürümüzü bildiririk”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !