Türkiyə SQ 790 terrorçunu məhv edib

21:15 | 01.02.2018
Türkiyə SQ 790 terrorçunu məhv edib

Türkiyə SQ 790 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu” birləşmələri ilə birgə Suriyanın şimal-qərbində yerləşən Afrin rayonunda terrorçulara qarşı "Zeytun budağı” əməliyyatını davam etdirir.

Anews.az xəbər verir ki, əməliyyatın başlanılmasından bəri zərərsizləşdirilən terrorçuların sayı (fevralın 1-nə) 790 nəfərə çatıb.

Bu barədə Türkiyə Baş Ordu Qərargahı bəyanat yayıb.

Baş Qərargahın bəyanatına əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin "Zeytun budağı” əməliyyatı çərçivəsində keçirdiyi aviareydlərdə terrorçulara aid daha 18 obyekt məhv edilib.

Türkiyənin Afrindəki hərbi əməliyyatı beynəlxalq normalara, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizə məsələləri haqqında qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsinə (fərdi və kollektiv özünümüdafiə hüququ) söykənir.

Türkiyə ordusunun məqsədi Suriyanın şimal-şərqində terrorçuları və terrorçu qruplaşmalara aid obyektləri məhv etməkdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti