"50 nümayəndə heyəti dəvət olunub, Moldova Respublikası daxil olmaqla ümumilikdə 51 nümayəndə heyəti var. Bu 51 nümayəndə heyətindən ikisi müxtəlif səbəblərdən gələ bilməyib. Bunlar San Marino və Türkiyədir", - Popesku Moldova Radiosunun efirində deyib.
Bir müddət əvvəl Türkiyə liderinin nümayəndəsi İbrahim Kalın bildirmişdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xarici səfərlərini Azərbaycana və Şimali Kiprə etmək ənənəsindən imtina edərək Moldovada Avropa Siyasi Birliyinin sammitində iştirak edə bilər. Eyni zamanda o, Moldovaya getməmək qərarı veriləcəyi təqdirdə, mayın 28-də keçirilən seçkilərdə qalib gələn Ərdoğan parlamentdə and içdikdən və andiçmə mərasimini keçirdikdən sonra xarici səfərlərin reallaşacağına aydınlıq gətirib.
Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən 2022-ci ildə yaradılmış qondarma Avropa Siyasi Birliyinin ikinci sammiti cümə axşamı Moldovada keçirilir. Qonaqlar - Avropa ölkələrinin dövlət və hökumət başçıları Kişinyovdan 35 km aralıda, Novoanenski rayonunun Bulboaca kəndindəki Mimi şərab kompleksinə toplaşaraq, burada sülh, təhlükəsizlik və enerji məsələlərini müzakirə edəcəklər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !