Türkiyədə dollar yenidən bahalaşır

18:25 | 25.02.2017
Türkiyədə dollar yenidən bahalaşır

Türkiyədə dollar yenidən bahalaşır

Qlobal valyuta bazarında ABŞ valyutasının möhkəmlənməsi prosesi Türkiyədə dolların qiymətinin 3,60 TRY/USD səviyyəsini ötməsinə gətirib çıxarıb.
 
"Report" xəbər verir ki, dünən, fevralın 24-də axşam saatlarında qlobal bazarda əsas valyuta cütlüyü olan avro/dolların məzənnəsi 1,0560 USD/EUR səviyyəsinə kimi geriləyib. Bunun nəticəsində 3,56 TRY/USD həddinə qədər geriləyən dollar, yenidən 3,6080 TRY/USD-yə yüksəlib.

Qeyd edək ki, 2017-ci ildə TRY/USD məzənnəsinin minimal həddi 3,5234, maksimal həddi isə 3,9423 olub. "Report"un analitik qrupu dolların məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasa qədər 3,65-3,70 TRY/USD səviyyəsinə qədər arta biləcəyini, lakin daha sonra yenidən 3,55 TRY/USD-yə geriləyəcəyini proqnozlaşdırır: "Dolların məzənnəsinin ilin sonuna qədər 3,55-3,70 TRY/USD diapazonunda dəyişəcəyi gözlənilir. Lakin 2018-ci ildən etibarən dollar Türkiyədə yenidən möhkəmlənməyə başlayacaq və 4,00 TRY/USD səviyyəsini ötəcək".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM