Türkiyənin Manisa şəhərinin Akhisar bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, yeraltı təkanlar İzmir, İstanbul və Bursada da hiss edilib.
Akhisarda gecə yerli vaxtla saat 22.22-də qeydə alınan zəlzələ təxminən 6.98 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra vətəndaşlar evlərini tərk edib və küçələrə axışıb.
Yeraltı təkanlardan sonra açıqlama verən Manisa valisi Əhməd Dəniz heç bir insan tələfatı olmadığını söyləyib:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !