Türkiyədə həbsdəki erməni filoloq deputatlığa namizəd olacaq

00:27 | 18.09.2015
Türkiyədə həbsdəki erməni filoloq deputatlığa namizəd olacaq

Türkiyədə həbsdəki erməni filoloq deputatlığa namizəd olacaq

İstanbullu erməni, tanınmış filoloq Sevan Nişanyan Türkiyədə keçiriləcək parlament seçkilərində Liberal-Demokrat Partiyasından deputatlığa namizədliyini irəli sürəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Sevan Nişanyan özünün "Twitter” səhifəsində yazıb ki, adıçəkilən partiyanın liderinin proporsional seçki siyahısında adının birinci olması ilə bağlı təklifə razılaşıb. Nişanyan bu partiyanı seçməsinin səbəbini isə onun liderinin təşkilatçı və düzgün adam olması ilə izah edib.

Sevan Nişanyan Türkiyədə "erməni soyqırımı” məsələsini qaldırıb və özünün sərt davranışı ilə fərqlənib. Onun əleyhinə bir neçə məhkəmə qərarı çıxarılıb. 11 il azadlıqdan məhrum edilən Nişanyan hazırda həbsxanada cəza çəkir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb