Türkiyədə itən jurnalist səfirlikdə axtarılacaq

16:19 | 06.10.2018
Türkiyədə itən jurnalist səfirlikdə axtarılacaq

Türkiyədə itən jurnalist səfirlikdə axtarılacaq

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud jurnalist Camal Haşkacinin Səudiyyənin Ankaradakı səfirliyində saxlanılmadığını sübut etmək üçün Türkiyə hökumətinə səfirliyin ərazisində axtarış həyata keçirməyə icazə verib.
 
AzVision.az xəbər verir ki, bu barədə Salman Əl-Səud "Bloomberg”ə müsahibəsində bildirib. 

"Türkiyədəki səfirliyimiz bizim suveren ərazimizdir, amma biz onların bu əraziyə daxil olub axtarış aparmalarına və istədikləri hər şeyi etmələrinə icazə verəcəyik”, - Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bildirib. 

Qeyd edək ki, 2 oktyabrda "The Washington Post” qəzetinin səudiyyəli jurnalisti Camal Haşkaci sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və üzərindən 5 saat keçdikdən sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan etibarən neçə gündür Camalın yoxa çıxdığını deyib. Onun sözlərinə görə, səudiyyəli jurnalist hələ də konsulluqda, yaxud Səudiyyənin Ankaradakı səfirliyində saxlanılır. 

Məsələ ilə əlaqədar Türkiyə XİN-ə çağırılan Səudiyyə səfiri Valid Abdul Kərim bildirib ki, jurnalistin harada olduğuna dair heç bir məlumatı yoxdur. Lakin Türkiyədəki Ərəb KİV-ləri Assossiasiyasının sədri Turan Qışlaqcı bəyan edib ki, Səudiyyə Ərəbistanı digər ölkələrdəki səfirliklərindən Ər-Riyadın siyasətindən narazı olan müxalifət qüvvələrinin oğurluğu məqsədilə istifadə edir. Onun sözlərinə görə, bu kimi hallar artıq İsveçrə, Böyük Britaniya və Fransada baş verib. 

Camal Haşkaci Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. "The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb