“Türkiyədə ölməkdə olan terrorizm yenidən güclənə bilər” - AÇIQLAMA

13:00 | 08.06.2015
“Türkiyədə ölməkdə olan terrorizm yenidən güclənə bilər” - AÇIQLAMA

“Türkiyədə ölməkdə olan terrorizm yenidən güclənə bilər” - AÇIQLAMA

"Artıq AKP Türkiyədə hakimiyyətdə qala bilmir, yaxın müddətdə koalisiya hökümətinin yaradılacağı gözlənilir” – bu fikri hüquqşünas Ələsgər Məmmədli bildirib. O, ANN.Az-a açıqlamasında Türkiyədə Ərdoğanın partiyasının lazım olan qədər səs toplaya bilməməsi məsələsini şərh edərkən deyib. 

Mütəxəssis Türkiyənin hakim partiyası olan AKP-nin seçkilərdə  40.86 % səs topladığını xatırladıb: "Hansı ki, 2002-ci ildə hakimiyyətə gələndə  topladığı səs faizi 34.4 % idi. Bu seçki sisteminin çox maraqlı tərəfləri var:  o vaxtkı 34.4 %  səsi 363 millət vəkili vermişdi, bugün 42.5 %  səsi cəmi 258 millət vəkili verib”. 

Ekspert hesab edir ki,  artıq yaxın müddətdə koalisiya hökümətinin yaradılacağı gözlənilir,  ya da 45 gündən sonra yeni seçki keçiriləcək : "Türkiyədəki məclisdəki vəziyyətə baxsaq görərik ki, TBMM-də CHP ilə koalisiya hökuməti qurmaq şansı yoxdu, HDP ilə koalisiya qurmaq şansı o zaman olacaq ki, HDP AKP-yə səs verəcək, amma indiki halda hər iki partiya birləşdiyi zaman konstitusiyada dəyişikliklər edəcək qədər səs toplaya bilməyəcəklər. Çünki həmin partiyada bunu edəcək millət vəkilləri yoxdur.  Buna görə bu iki partiyanın birləşməsi, hökuməti qoruyub saxlaması və koalisiya hökuməti qurması gözlənilmir. AKP-nin MHP-lə koalisiya hökuməti qurmaq şansı indiki vəziyyətdə mövcuddur. Amma bu partiyalar arasında ciddi problem var. Bu partiyaların birləşməsi ölkədə terrorun yenidən alovlanmasına gətirib çıxara bilər. Kürdlərlə münasibət yenidən gərginləşə bilər və ölkədə siyasi parçalanma halları ola bilər. Bir sözlə, ölkədə ölməkdə olan terrorizm yenidən güclənə bilər”. 

Ə.Məmmədli Türkiyədəki seçki hadisələri ilə bağlı gözləntilərindən söz açarkən əlavə edib ki, Türkiyədə 45gün ərzində erkən  bir seçki olacaq və TBMM-si öz işini davam etdirəcək.

Qərb ölkələri Türkiyədə demokratiyanın yox, Ərdoğan diktaturası olması məsələsini şərh edən ekspert bu söyləntilərin ancaq gülünc doğurduğunu deyib: "Türkiyədə demokratiya olmasaydı, azad səs vermə yolu ilə partiyalar arasında seçkilər də keçirilməzdi. Ərdoğan partiyasının az səs toplaması Qərb ölkələrinin daha çox sevindirməsinə səbəb ola bilər, amma bu seçkilərin keçirilməsi Türkiyədə demokratiyanın olmasını bir daha sübut etdi. Məclisdəki partiya seçkisi səsvermə ilə keçirilirsə, prezidentin partiyası daha az səs toplayırsa, onlar hansı diktatura olmasından söhbət açır.Türkiyədə diktatura rejiminin olmasının deyilməsi sadəcə  gülüncdür. Çünki hər şey, səs vermə gözümüzün qarşısında baş verir, insanlarda rahat şəkildə, məcburiyyət olmadan bu prosesdə iştirak ediblər”. 

Türkiyədə diktatura yox, diktaturaya meyllik olduğunu deyən ekspert bildirib: "Türkiyədə diktaturaya meyllik var idi, çünki Ərdoğan 10 ildən artıqdı hakimiyyətdədir  və qərb ölkələri də bu əsasla Türkiyədə diktatura rejimin yarandığını deyirlər. Amma diktatura  rejimi tamamilə fərqli şəkildə olur. Hər şey tək rəhbərin istəyilə həyata keçirilir. Türkiyədə isə belə vəziyyətə rast gəlinmir, azad media və rəhbərlər tərəfindən idarəçilik göz qarşısındadır”. 


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM