Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək

15:02 | 28.07.2016
Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək

Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək

Efkan Ala: Türkiyə Jandarma Komandanlığı və Sahil Mühafizə Xidməti Daxili İşlər Nazirliyinin tabeliyinə keçəcək

Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala "TGRT Haber"ə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Türkiyədə əvvəllər də polislərdə iriçaplı silahlar olub: "Ancaq 1997-ci il fevralın 28-də belə silahları polislərdən yığdılar. Sanki ölkədə 1980-ci il 12 sentyabr, 1971-ci il 12 mart, 1960-cı il 27 may dövlət çevrilişləri olmayıb?! Ona görə də etimad göstərilməyən şəxslərin heç bir şey edə bilməməsi üçün köklü dəyişikliklər aparılmalıdır. Bu qüvvələrin Türkiyəyə zərər verməməsi üçün gücü balanslaşdırmaq lazımdır". 

Nazir, həmçinin deyib ki, Türkiyə Jandarma Komandanlığı və Sahil Mühafizə Xidməti Daxili İşlər Nazirliyinin tabeliyinə keçəcək: "Artıq bu qurumlarda təltif və təyinatlar sərəncamla olacaq, yəni Ali Hərbi Şuranın (YAŞ) asılılığından çıxacaq". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb