Türkiyəni Menbiçdə şoka salan görüntü

11:14 | 11.04.2018
Türkiyəni Menbiçdə şoka salan görüntü

Türkiyəni Menbiçdə şoka salan görüntü

Fransa ordusuna məxsus iki zirehli nəqliyyat vasitəsi Suriyanın Menbiç şəhərində görünüb.

Axar.az xəbər verir ki, bu barədə "Vətən” qəzeti informasiya yayıb. Qəzetin iddiasına görə, ABŞ Sacur çayı ətrafına nəzarəti Fransa hərbçilərinə təhvil verəcək.

Hazırda şəhərdə təxminən 200 fransız əsgərinin olduğu, onların ABŞ hərbçilərinin qaldığı bazaya yerləşdiyi bildirilir. Yaxın vaxtlarda Fransa və ABŞ hərbçilərinin Menbiçin şimalındakı Xəttab kəndində müşahidə məntəqəsi və hərbi baza quracaqları deyilir.

Bu proseslərlə bağlı danışan mütəxəssislər vurğulayıb ki, daha əvvəl Menbiçdə Türkiyənin qarşısında ABŞ var idi, indi isə təkcə ABŞ yox, həm də Avropa Birliyi var.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin kürdlərə dəstək sözü verdiyini deyib. Bundan sonra Fransa 50 zabitini Menbiçə göndərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM