Türkiyənin müdafiə naziri: "162 əsgər bu günə kimi fəraridir"

12:50 | 13.08.2016
Türkiyənin müdafiə naziri:

Türkiyənin müdafiə naziri: "162 əsgər bu günə kimi fəraridir"

Əsgərlərlə yanaşı, 3 hərbi attaşe də ölkədən qaçıb

İyulun 16-da Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 162 əsgər bu günə kimi fəraridir.

"Report"un məlumatına görə, bu barədə "HabertürkTV"-ə müsahibəsində Türkiyənin milli müdafiə naziri Fikri İşıq məlumat verib.
Nazir əlavə edib ki, əsgərlərlə yanaşı, 3 hərbi attaşe də ölkədən qaçıb. Attaşelərin biri Bosniya və Herseqovina, digərləri isə Yunanıstanda çalışıblar. O, attaşelərin ikisi ilə bağlı İtaliya ilə danışıqlar aparıldığını deyib. "Bunların İtaliyaya getdiklərini bilirik. Generallardan birinin ölkə xaricində omasından məlumatlıyıq" – deyə nazir bildirib.

O, qeyd edib ki, 3 min 185 hərbçi Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb. Nazir təhqiqatların davam etdiyini də əlavə edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb