Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

10:20 | 03.02.2017
Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

 
Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisində (parlament) keçirilən səsvermədə 339 deputat qanun layihəsinin lehinə, 142 deputat isə əleyhinə səs verib.

Qanun parlamentin vitse-spikeri Əhməd Aydın tərəfindən imzalanıb.

Türkiyə prezidenti 15 gün ərzində qanunu təsdiq və ya rədd etməlidir. Sənəd prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq. 

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb