“Twitter” rekord qırmaqda davam edir

22:14 | 06.02.2014
“Twitter” rekord qırmaqda davam edir

“Twitter” rekord qırmaqda davam edir

"Twitter" mikrobloqlar servisinin aylıq istifadəçilərinin sayı 241 milyon təşkil edib, 2013-cü ilin oktyabrından servisin auditoriyası 9 milyon artıb. Bu barədə şirkətin saytındakı məlumatda deyilir.

İstifadəçilərin təxminən 76 faizi hər ay "Twitter"in mobil servislərindən yararlanır. İlk maliyyə hesabatında şirkətin gündəlik aktiv auditoriyanın göstəriciləri haqqında məlumat verməməsi maraq doğurur. "Twitter"in ümumi auditoriyasının 187 milyonunu ABŞ-dan kənarda yaşayan istifadəçilər təşkil edir.

2013-cü ildə şirkətin ümumi mədaxili 664,89 milyon dollar olub ki, onun da 596 milyon dolları reklamdan əldə edilib. Dördüncü rübdə mobil reklamın mədaxildə payı 75 faizə bərabər olub.

Eyni zamanda "Twitter" auditoriyasının sayına görə hələ də əsas rəqibi "Facebook" sosial şəbəkəsindən xeyli geri qalır. "Facebook"dan hər ay 1,23 milyarddan çox insan istifadə edir, - "Digit www.digit.ru" yazır. 

İctnews.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM