UEFA AVRO-2020-nin simvolik komandasını açıqladı

23:00 | 13.07.2021
UEFA AVRO-2020-nin simvolik komandasını açıqladı

UEFA AVRO-2020-nin simvolik komandasını açıqladı

UEFA AVRO-2020-nin simvolik komandasını açıqlayıb.
 
Rəmzi "11-lik”də çempion İtaliya və finalçı İngiltərə yığması 3 futbolçu ilə təmsil olunub.
 
Bundan başqa, Danimarkanın 2, İsveçrə, Fransa və Portuqaliyanın 1 oyunçusu heyətdə özünə yer tapa bilib.
 
5 qolla turnirin bombardiri olan Kriştiano Ronaldo ardıcıl 4-cü dəfə Avropa çempionatının simvolik komandasına düşüb. Portuqaliya millisinin kapitanı AVRO-2004, AVRO-2012 və AVRO-2016-da da rəmzi "11-lik”də olub.
 
Qapıçı: Canluici Donnarumma (İtaliya);

Müdafiəçilər: Harri Maquayr, Lyuk Şou (hər ikisi İngiltərə), Corcio Kyellini (İtaliya), Yoakim Mehle (Danimarka);

Yarımmüdafiəçilər: Qranit Xaka (İsveçrə), Pol Poqba (Fransa), Federiko Kyeza (İtaliya);

Hücumçular: Rahim Sterlinq (İngiltərə), Kasper Dolberq (Danimarka), Kriştiano Ronaldo (Portuqaliya).
 
AVRO-2020-nin finalında İtaliya yığması penaltilər seriyası ilə İngiltərəni məğlub edərək, qitə çempionu olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb