Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı payızda qəbul ediləcək

13:36 | 11.07.2016
Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı payızda qəbul ediləcək

Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı payızda qəbul ediləcək

Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar payızda qəbul ediləcək. 

Trend "İnterfax"-a istinadən xəbər verir ki, bu barədə Aİ-nın Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan bəyan edib.

O əlavə edib ki, belə bir qərar oktyabr ayında müzakirə edilərək qəbul oluna bilər.

Y.Xan əmin olduğunu bildirb ki, oktyabr ayına qədər Aİ Ukrayna ilə viza rejiminin liberallaşdırılması haqqında qərara gələcək.

Qeyd edək ki, daha əvvəl Avropa Parlamentinin Xarici Məsələlər üzrə Komitəsi Aİ-nın Ukrayna, Kosovo və Qürcüstanla vizasız rejiminin tətbiqinə dair qərarı bəyənib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb