Ukraynada vuruşan azərbaycanlı həlak oldu – FOTO

13:00 | 01.08.2014
Ukraynada vuruşan azərbaycanlı həlak oldu – FOTO

Ukraynada vuruşan azərbaycanlı həlak oldu – FOTO

Ukrayna ordusunun separatçılara qarşı təmizləmə əməliyyatları davam edir. Xəbər verdiyimiz kimi, Ukrayna ordusunda xeyli azərbaycanlı döyüşçü var.Publika.az-da bir müddət əvvəl onlardan biri - Elşən Cavadzadə haqda yazı getmişdi . O, etnoloq və peşəkar kəşfıyyatçıdır. Qarabağda,  Çeçenistanda və Bosniyada döyüşüb. Ən qatı millətçilərin batalyonu olan Saşko Biliy adı ilə  “Vikinq” batalyonunun yaradılmasına kömək edir.Sosial şəbəkələrdə Cavadzadə  özünü Azərbaycan Ülkücü Hərəkatının Tuqay çavuşu adlandırıb.Dünən gecə isə Elşən Cavadzadə “Facebook” sosial şəbəkəsində yeni status yazaraq separatçılarla döyüşdə Ukrayna ordusu tərəfdə vuruşan Ruslan Əliyev adlı döyüşçünün həlak olması barədə xəbər verib. Döyüşçünün Ukrayna, yaxud Azərbaycan vətəndaşı olması barədə məlumat verilməyib. 

Həmin döyüşçünün fotosunu təqdim edirik.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb