Ukraynadan ABŞ-a işbirliyi təklifi

22:25 | 01.06.2016
Ukraynadan ABŞ-a işbirliyi təklifi

Ukraynadan ABŞ-a işbirliyi təklifi



Ukrayna təklif edib ki, Kiyevlə Birləşmiş Ştatlar birlikdə raket mühərriki hazırlasınlar və ABŞ hərbi peyklərinin buraxılmasında istifadə olunan Rusiya raket mühərriklərini əvəzləsinlər.

Ukrayna Kosmik Agentliyinin rəhbəri Lyubomyr Sabadosh mayın 31-də deyib ki, Rusiyanın RD-180 raket mühərriklərinin əvəzlənməsi planı irəli sürüb. ABŞ Konqresi də 2019-cu ilədək bu mühərriklərin sıradan çıxarılmasını tapşırıb.

«Bacarıqlarımızdan istifadə təklif etmişik... Kifayət qədər mürəkkəb tapşırıqdır, ancaq öhdəsindən gələrik», - deyən Sabadosh əlavə edib ki, ABŞ bu ideyada maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, noyabrda danışıqlar keçiriləcək və əlavə detallar müzakirə olunacaq.

Konqres ABŞ ordusuna təlimat verib ki, Rusiya raket mühərriklərinə alternativ tapsın. Bu tapşırıq Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra verilib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti